İran Astarada yeni sərhəd terminalı tikəcəkbackend

İran Astarada yeni sərhəd terminalı tikəcək

“İran bir ildən az müddətdə Gilan vilayətinin Astara rayonunda Astara sərhəd terminalı tikəcək”.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.

Ş.Əfəndizadənin sözlərinə görə, bununla əlaqədar ötən gün Tehranda İran, Azərbaycan və Rusiya rəsmilərinin iştirakı ilə keçirilən üçtərəfli iclasda müzakirələr aparılıb.

O əlavə edib ki, bu sərhəd terminalı, eləcə də Astaraçay üzərində yeni körpünün istifadəyə verilməsi ilə sərhəddən keçən gündəlik yük maşınlarının sayı 500-ə yüksələcək.

Ş.Əfəndizadə bildirib ki, üçtərəfli iclasda Ağbənd avtomobil körpüsünün tikilməsi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan və İran arasında yeni körpünün təməli yanvarın 25-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97,5 metr, eni isə 30,5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*