İran bu dəfə talışların adından istifadə edərək təxribat törətmək istədi – VİDEObackend

İran bu dəfə talışların adından istifadə edərək təxribat törətmək istədi - VİDEO

İranın növbəti və ucuz təxribatının üstü açılıb.

KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl İran hakimiyyəti ilə əlaqəsi olan Telegram kanalları Azərbaycan ordusunun talış əsilli əsgərinin talış dilində “müraciət”ini yayıb.

Yayılan videoda Azərbaycanın talış millətindən olan əsgəri guya belə deyir:

“İranla müharibə bizim müharibəmiz deyil. İran bizim vətənimizdir. Əgər ordu talışları İrana qarşı müharibəyə məcbur etsə, biz silahlarımızı İlham Əliyevin prezident sarayına tuşlayacağıq”.

Video, təbii ki, səslə montaj olunub. İranın ucuz təxribatını bu cür hərəkətlərlə Azərbaycan cəmiyyətində nifaq yaratmağa çalışan erməni və ermənipərəst Rusiya mediası götürüb və yayımlayır.

Həmin videonun orijinalında isə tamam başqa söhbət gedir.

Orijinal videoda Azərbaycan ordusunun əsgəri Ali Baş Komandan İlham Əliyevə istinadən bildirir ki, Azərbaycan bayrağı hər bir erməni səngərində dalğalanacaq.

Hərbçi qeyd edir ki, onlar əmrə əməl ediblər və hazırda Azərbaycan üçrəngli bayrağı erməni səngərində dalğalanır. Daha sonra o və silahdaşları cəbhədən qohumlarına və dostlarına salamlar göndərirlər.

Həmin videonun hər ikisuini təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*