İRAN MEDİASI – Əfşar Süleymani: “Cənab Zərif, ortaya fakt qoyun”backend

İRAN MEDİASI - Əfşar Süleymani: “Cənab Zərif, ortaya fakt qoyun”

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ölkəsinin xarici işlər naziri Zərifin Azərbaycan Ordusunun sıralarında xarici muzdluların döyüşdüyünə dair iddialarına cavab verib. O, naziri danışmaqdansa, ortaya fakt qoymağa çağırıb.

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymanidən Zərifə müraciət

Abbas Əraqçının İranın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı sülh planını təqdim etmək üçün Bakı, Moskva, Yerevan və Ankaraya səfərindən cəmi iki gün sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dağlıq Qarabağda terrorçu qüvvələrin də döyüşdüyünü bəyan edib. O, bildirib ki, son müzakirələrdə, həmçinin bundan əvvəl də Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə rəsmilərinə Tehranın belə hallarla barışmayacağını deyiblər. Nazir qeyd edib ki, terrorçular hazırda İran sərhədlərinə yaxın olmasalar da, onların sərhədlərimizdən müəyyən məsafədə yerləşdikləri ehtimalı böyükdür.

Cənab Zərifə bir neçə sual:

  1. Niyə bu açıqlama Abbas Araqçının məlum səfərindən əvvəl verilmirdi?
  2. Bəlkə bunun indi bəyan olunmasının səbəbi İranın sülh planının Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə tərəfindən rədd olunmasıdır?
  3. Niyə ehtimallarla danışırsınız? İran sərhədi boyunca təkfirçi qüvvələrin mövcudluğuna dair konkret, inandırıcı faktlarınız, dəlilləriniz varsa, onları nədən İran ictimaiyyətilə bölüşmürsünüz?
  4. Bölgədə müharibənin alovlandığı son bir ayda İran Silahlı Qüvvələri təkfirçilərin İran ərazisinə atəş açmasına şahid olubmu? Onlardan hasısa İran qüvvələri tərəfindən tələyə salınıbmı?
  5. Qonşu ölkələr İranla sərhəd bölgəsinə nəzarətə, orada monitorinqin aparılmasına, ümumiyyətlə, sərhədlərin qorunmasına görə məsuliyyət daşımırmı? Azərbaycanla İranın 132 kilometrlik sərhəd zolağı, yəni Ermənistan tərəfindən işğal olunmuş Zəngilan və Xudafərin bölgəsi bu günlərdə Azərbaycan Ordusu tərəfindən azad edilib. Bundan dərhal sonra Azərbaycan Prezidenti həmin bölgəyə nəzarəti geri qaytardıqlarını deyib, bununla da ərazilərin təhlükəsizliyinə görə Bakının məsuliyyət daşıdığını təsdiqləyib. Prezident İlham Əliyev sərhəd bölgəsinin azad olunması münasibətilə İran və Azərbaycan xalqını təbrik edib, yaxın gələcəkdə iki ölkə vətəndaşlarının, xüsusən sərhəd bölgədə yaşayanların gediş-gəlişinin bərpa olunması ilə regionun inkişafına, tərəqqisinə şahidlik edəcəyimizi söyləyib.
  6. Azərbaycanın sərhəd bölgəsinin erməni qüvvələrinin işğalı altında olduğu, ermənilərin bu ərazilər vasitəsilə qanunsuz fəaliyyət göstərdiyi 27 ildə Tehran Ermənistana bununla bağlı etirazını bildiribmi?

 

Cənab Zərif, əsla vaxt itirməyin. Danışmaqdansa, İrana hücum edən təkfirçi qüvvələri İran əsgərlərinə tapşırın. Tutulanları İran xalqına, bölgəyə və dünyaya nümayiş etdirin. Onları bölgəyə gətirən dövlətlərə qarşı beynəlxalq səviyyədə lazımi tədbirləri görün.

Mənbə: Aznews.TV, İRAN

Fars dilindən tərcümə – WorldMedia

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*