“Anonymous” haker qrupu İran parlamentinin saytını dağıdıb.
KONKRET.az xəbər verir ki, hakerlər İran hökumətinin rəsmi saytlarına hücumu davam etdirərək, bu dəfə ölkə parlamentinin saytını ələ keçiriblər.
Hakerlər, həmçinin iranlı deputatların mobil telefon nömrələrini yayıblar: “Onlardan soruşun ki, niyə diktatoru müdafiə edirlər?”.