İranın bir neçə telekanalının canlı yayımına “Əli ədaləti” haker qrupu hücum edib.
KONKRET.az xəbər verir ki, fevralın 1-də İran İslam Respublikasının dövlət radio və televiziya şəbəkələrinin canlı yayım platforması və arxivi olan Telobiun Əlinin Ədaləti Haker qruplaşması tərəfindən sındırılıb və qrup İranın bəzi dövlət kanallarının proqramlarında rejim əleyhinə çıxışlar yayımlayıb.
Radio Fərda-nın məlumatına görə, “Əlinin Ədalətİ ” Haker qrupu çərşənbə axşamı “Radio Farda”ya haker hücumunun videosunu göndərərək xəbəri elan edib və Telebion şəbəkəsi də onun sistemində nasazlığı təsdiqləyib.
Telubion bununla bağlı yazıb: “Fevralın 1-də gecə saat 02:00 dan axşam saat 23-ə kimi Telubion infrastrukturu pozulub və bu müddət ərzində bir neçə şəbəkənin proqramları natamam arxivləşdirilib”.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
