İran xaos astanasında: Xamenei misli görünməmiş təhlükə ilə üz-üzədirbackend

İran xaos astanasında: Xamenei misli görünməmiş təhlükə ilə üz-üzədir

İranın ali dini lideri Ayətullah Əli Xamenei 36 illik hakimiyyəti dövründə ən ciddi böhranla üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

ABŞ-ın artan təzyiqi, iqtisadi sanksiyalar və ölkə daxilində zorakılıq hallarının çoxalması Tehranın vəziyyətini daha da mürəkkəbləşdirir.

Agentliyin qeydinə görə, 86 yaşlı Xamenei əvvəlki illərdə daxili etirazları yatırmağa, siyasi rəqiblərini kənarlaşdırmağa və Qərbə qarşı regional ittifaqlar formalaşdırmağa nail olub.

Ekspertlər hesab edirlər ki, onun İslam Respublikasına sadiqliyi və ABŞ-a qarşı barışmaz mövqeyi İranın artan gərginliyə reaksiyasını müəyyən edəcək. Bildirilir ki, danışıqları uzatmaq bacarığı və hakimiyyətin bütün qolları üzərində nəzarət Xameneiyə xarici təzyiqlər fonunda mövqeyini qorumağa imkan verib.

Eyni zamanda, iranlı deputat Salar Vilayətmədar ABŞ hərbçilərinin İran sahilləri yaxınlığında mövcudluğunun qaçılmaz müharibə anlamına gəlmədiyini bildirib. Onun sözlərinə görə, narahatlıq cəmiyyətin yalnız kiçik hissəsini əhatə edir və CENTCOM komandanının danışıqlarda iştirakı “ictimai jest” xarakteri daşıyır.

Deputat qeyd edib ki, zərurət yaranarsa, İran əlçatan məsafədə yerləşən hərbi bazaları hədəfə almaq imkanına malikdir.

CBS telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günündən etibarən İrana mümkün zərbələrə hərbi qüvvələrin hazır olması barədə məlumatlandırılıb, lakin yekun qərar hələ qəbul edilməyib. ABŞ regiona təxminən 70 hərbi yük təyyarəsi və 50 qırıcı göndərib. Oman körfəzində bir aviadaşıyıcı zərbə qrupu, İsrail sahilləri yaxınlığında Aralıq dənizində isə daha bir qrup yerləşdirilib.

Davam edən nüvə danışıqları fonunda İran ABŞ ilə iqtisadi əməkdaşlıq imkanlarını da istisna etmir. Neft naziri Möhsən Paknejad “hər şey mümkündür” deyə bildirib. Xarici işlər nazirinin müavini Həmid Kənbəri isə neft və qaz sahəsində birgə layihələrin, mədən sənayesinə investisiyaların və təyyarə alışı məsələlərinin müzakirə olunduğunu açıqlayıb. “Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyinin bir hissəsidir”, – deyə səfir əlavə edib.

O, bildirib ki, Rusiya ilə mümkün razılaşmada zəif təhlükəsizlik təminatları gələcəkdə yeni hücum risklərini artıra bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*