“ABŞ-nin cavabı aldadıcı xarakter daşıyır”backend

“ABŞ-nin cavabı aldadıcı xarakter daşıyır”

“Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı yenidən açılmayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

O, İranın 7 şərt irəli sürdüyünü və hələ də Vaşinqtondan cavab gözlədiyini diqqətə çatdırıb:

“ABŞ tərəfinin ilkin cavabı Tehran tərəfindən kifayət qədər qəbul olunmadı. Bu şərtlər icra edilməyənədək Hörmüz boğazı açılmayacaq”.

Şura katibinin sözlərinə görə, ABŞ-nin cavabı aldadıcı xarakter daşıyır və Tehran 7 şərtinə aydın reaksiya veriləcəyini gözləyir. Rzayi əlavə edib ki, ABŞ-nin İranla danışıqların davam etdirilməsi barədə bəyanatları da yalandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*