İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Çinə səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin məlumat yayıb.
Məlumata görə yanvarın 12-də başlayacaq səfər iki gün davam edəcək və rəsmi Pekinin dəvəti ilə baş tutacaq.
Xatırladaq ki Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu da həmin tarixlərdə rəsmi Pekinin dəvəti ilə Çində səfərdə olacaq.