İran XİN: “Bəzi dövlətlər MAQATE-dən siyasi məqsədləri üçün istifadə edir”backend

İran XİN: "Bəzi dövlətlər MAQATE-dən siyasi məqsədləri üçün istifadə edir"

“Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) bəzi üzv dövlətlərin öz siyasi məqsədləri üçün istifadə etməsi mütləq BMT-nin nüvə siyasətinə zərər verəcək”.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani deyib.

Çərşənbə günü Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə danışan Əli Baqeri qeyd edib ki, MAQATE texniki bir qurumdur və bütün ölkələrin, əsasən də təşkilatın üzvü olan dövlətlərin agentliyin texniki yanaşması əsasında hərəkət etməsi vacibdir.

“Bəzi üzv ölkələrin öz siyasət məqsədlərinə çatmaq üçün agentliyin potensialından istifadə etməkdə qeyri-konstruktiv yanaşması, şübhəsiz ki, agentliyin nüfuzuna və ixtisaslaşdırılmış roluna xələl gətirəcək. İran həmişə digər ölkələrə tövsiyə edib ki, qurumun texniki və ixtisaslaşdırılmış rolunu davam etdirməsinə icazə versinlər və buranı öz siyasi motivlərinin hədəfinə çevirməsinlər”, – deyə İran XİN rəhbəri əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*