İran Zəngəzur dəhlizinin açılmaması üçün bütün mümkün üsullardan istifadə edəcək – TƏHDİD – FOTO/VİDEObackend

İran Zəngəzur dəhlizinin açılmaması üçün bütün mümkün üsullardan istifadə edəcək - TƏHDİD - FOTO/VİDEO

İranlı ekspert Zəngəzur dəhlizi ilə bağlı təhdid dolu açıqlama verib.

KONKRET.az xəbər verir ki, İranın beynəlxalq məsələlər üzrə siyasi şərhçisi Ehsan Movəhhedian bu barədə öz “Twitter” hesabında yazıb.

Belə ki, o, “SƏHƏR-Azərbaycan” telekanalına müsahibəsində bölgədə gedən proseslərlə bağlı bir sıra açıqlamalar verib və bununla bağlı tvit paylaşıb.

“SƏHƏR televiziya kanalında yayımlanan “Hüquq jurnalı” verilişində İranın Zəngəzur dəhlizinin yaradılmasına qarşı həssaslığının səbəblərini və bu kontekstdə Türkiyə ilə Bakının ambisiyalarını şərh etdim”.

Daha sonra siyasi şərhçi hədəyə keçib.

“Habelə qeyd etdim ki, hətta Ermənistanın özü İranla bu sərhədi saxlamaqda ciddi iradə ortaya qoymasa belə, İran onu qorumaq üçün bütün mümkün üsullardan istifadə edəcək”,- deyə Movəhhedian üstüörtülü şəkildə təhdid mesajı çatdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*