İranda 6 terrorçu ölüm cəzasına MƏHKUM EDİLDİbackend

İranda 6 terrorçu ölüm cəzasına MƏHKUM EDİLDİ

İranın cənub-qərbindəki Əhvaz şəhərinin İnqilab Məhkəməsi “Əhvazın Azadlığı üçün Ərəb Hərəkatı”nın altı silahlısını ölüm cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, onlar “Bəsic” silahlılarının iki üzvünü, həmçinin bir polis və bir əsgəri öldürməkdə təqsirli biliniblər.

Qeyd edək ki, “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı” 1999-cu ildən Xuzistan əyalətində fəaliyyət göstərir. Təşkilat İranda hərbi və mülki hədəflərin atəşə tutulmasından sonra terror təşkilatı kimi tanınıb.

Məlumata görə, yaraqlılar Xuzistan əyalətini İrandan ayıraraq orada ərəb dövləti yaratmaq istəyirlər. Hərəkatın baş qərargahı Danimarka və Niderlanddadır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*