İranda bir neçə hökumət məmuru ÖLDÜRÜLDÜ – FOTObackend

İranda bir neçə hökumət məmuru ÖLDÜRÜLDÜ - FOTO

İranda bir neçə hökumət məmuru öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur.

Bildirilir ki, Zəncan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı radikal “Bəsic” birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb.

Bununla yanaşı Tehranda Səlman Əmirəhmədi adlı “Bəsic” üzvünün də qətlə yetirildiyi bildirilir.

İran mediasının məlumatına görə, Sənəndəc şəhər Polis İdarəsinin rəis müavini Rəsul Bərzuyi və Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*