İranda həkimlər kütləvi şəkildə ölkəni TƏRK EDİRbackend

İranda həkimlər kütləvi şəkildə ölkəni TƏRK EDİR

Keçən il İranda 4 mindən çox həkim başqa ölkələrə mühacirət etmək üçün tələb olunan “məhkumluğun olmaması” sənədini almaq üçün müraciət edib.

KONKRET.az  “eghtesaad24.ir” saytına istinadən xəbər verir ki, bu barədə İranın Tibb Sistemi Təşkilatının sədri Məhəmməd Rəiszadə mediaya açıqlamasında məlumat verib.

O, özəlliklə son illər ərzində həkim və tibb işçilərinin ölkədən getməsi axınının “naharahatedici” səviyyədə olduğunu deyib.

Xatırladaq ki, bir neçə gün öncə İran parlamentinin Səhiyyə Komissiyasının sədri Hüseynəli Şəhriyari son 2 ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk etdiyini deyib.

Bununla yanaşı, “Cavan” saytı da İranda həkimlərin dolanışıq problemləri və maaşlarının aşağı olmasına görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*