İranda minlərlə abonentin qaz təchizatı kəsildibackend

İranda minlərlə abonentin qaz təchizatı kəsildi

İranda havaların kəskin soyuması səbəbindən minlərlə abonent qazsız qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi ölkənin şimal-şərqindəki Rəzəvi Xorasan vilayətinin qubernatoru Yaqub-Əli Nəzəriyə istinadən məlumat yayıb.

“Rəzəvi Xorasanda ən azı 90 min istehlakçının qaz təchizatı dayandırılıb” deyə qubernator bildirib.

Rəsmilər bildiriblər ki, İranda son on ilin ən soyuq havası müşahidə olunur və bu da qaza rekord yüksək tələbat yaradıb.

İstilik təchizatına görə bu gün əksər vilayətlərdə dövlət və özəl müəssisələr tətilə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*