İranda qadınlar Xomeyninin şəkli önündə rəqs edib, mahnı oxudular – VİDEObackend

İranda qadınlar Xomeyninin şəkli önündə rəqs edib, mahnı oxudular - VİDEO

Azərbaycanlı qızın muğam oxumasına qarşı çıxan İran hökuməti fars qadınlara Xomeyninin şəkli önündə sərbəst rəqs edib, mahnı oxumağa icazə verib.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Tehran Bələdiyyəsinin salonlarından birində keçirilən mərasimdə qadın rəqs qrupu İran rejiminin rəsmi icazəsi və dəstəyi ilə Xomeyninin şəkli önündə sərbəst rəqs edib və mahnı oxuyub.

Lakin bu günlərdə Kərəc vilayətində Ədəbiyyat Dərnəyinin iclasında yeniyetmə azərbaycanlı qızın Azərbaycan muğamını ifa etməsinə görə İran rejiminin göstərişi ilə Azərbaycan təşkilatının fəaliyyəti dayandırılıb və onun məsul şəxsləri tənbeh edilib.

İran rejimi fars qadınlarının hüquqlarını reallaşdırmaq üçün guya kiçik addımlar atsa da, əksinə, Güney Azərbaycanda qadınların hüquqlarını tapdalamaq üçün böyük addımlar atmaqda davam edir.  Bir türk yeniyetmə qızı məzəmmət edərək, ədəbi işlərinə görə dərnəyin fəaliyyətini dayandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*