Bir qrup alpinist İranın Lorestan əyalətinin Zaqros dağlarında qar uçqunu altında qalıb, bəziləri həlak olub.
KONKRET.az bu barədə İran mediasına istinadən xəbər verir.
Lorestan Tibb Elmləri Universitetinin rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb.
Dörd nəfər isə xilas edilərək, xəstəxanaya yerləşdirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
