İranda son sutkada koronavirusdan 163 nəfər öldübackend

İranda son sutkada koronavirusdan 163 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 163 nəfər vəfat edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11571 nəfərə çatıb.

Ölkədə son sutka ərzində koronavirusa 2560  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 240438 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 201330  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3168 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*