İranın Sistan-Bəlucistan əyalətində sünni ruhanisi Mövlana Məhəmməd Kərim Həmli naməlum şəxslərin sui-qəsdi nəticəsində həyatını itirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasına Sistan-Bəlucistan polis rəisi Əhməd Tahiri bildirib.
Tahiri qeyd edib ki, Serbaz şəhərinin Gevazder kəndinin məscid imamlarından olan Mövlana Məhəmməd Kərim Həmli İranşəhr yolunda maşın sürərkən naməlum şəxslər tərəfindən pusquya salınıb və hücum zamanı ağır yaralanıb.
Hücumdan sonra xəstəxanaya çatdırılan Həmli qan itkisindən dünyasını dəyişib.
İqbal Rzayev,
KONKRET.az
