İranın cənubundakı Fars əyalətində yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İRNA-ya əyalətin rəsmisi Həsən Himmeti bildirib.
O qeyd edib ki, təlim təyyarəsi Mərvdəşt rayonu yaxınlığındakı Durudzəd Anbarı ətrafında qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarədə olan 2 nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
İqbal Rzayev,
KONKRET.az
