İranda təyyarədə yanğın oldubackend

İranda təyyarədə yanğın oldu

İranın paytaxtı Tehran aeroportunda “Aseman” hava yollarına məxsus “Fokker 100” tipli təyyarədə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın bu gün səhər saat 5-də Tehran-Buşehr reysi ilə uçmağa hazırlaşan təyyarənin mühərrikində baş verib.

Sərnişinlər təyyarənin göyərtəsində olarkən mühərrik partlayıb və yanğın başlayıb.

Yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yanğın söndürülüb və sərnişinlərdən zərərçəkən olmayıb.

Sərnişinlər terminala köçürüldükdən sonra başqa bir təyyarə ilə səfərlərini davam etdirib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*