İranın Gürcüstanda kimi öldürtmək istədiyi MƏLUM OLDUbackend

İranın Gürcüstanda kimi öldürtmək istədiyi MƏLUM OLDU

İran xüsusi xidmət orqanlarının Gürcüstanda kimləri ləğv etmək istədiyi məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan xüsusi xidmət orqanları məlumat yayıb. Məlumata görə, Gürcüstan xüsusi xidmət orqanları İran kəşfiyyatının Gürcüstandakı İsrail Ticarət Evinin rəhbəri olan israilli gürcü biznesmen İtzik Moşeyə qarşı sui-qəsdcəhdinin qarşısını alıb. Bundan qabaq artıq terrorçuların hədəfinə çevrilmişdi.

Əvvəllər Moşe İtzik Yəhudi Agentliyinin keçmiş SSRİ ölkələrindəki nümayəndəsi olub və İsrail-Gürcüstan Ticarət Palatasına rəhbərlik edib. Bu gün o, kommersiya fəaliyyəti ilə yanaşı, Gürcüstanda İsrailin xeyrinə izahat işi ilə də məşğuldur. O, bir çox İsrail siyasətçiləri ilə tanışdır. Onun “Likud”dan David Bitanla xüsusilə yaxşı münasibətinin olduğu məlumdur.

İsrailin yüksək rütbəli rəsmiləri bildiriblər ki, iranlılar müxtəlif ölkələrdən olan bir neçə sahə komandası vasitəsilə Itzik Moşeyə sui-qəsd planlaşdırırdılar. Belə olan halda “Əl-Qaidə” təşkilatı ilə əlaqəsi olan bir qrup pakistanlı qatil Tbilisiyə gəlib. Onlar sui-qəsdin obyekti haqqında geniş məlumat toplayıb və əməli olaraq əməliyyatın həlledici mərhələsinə yaxınlaşıblar.

Lakin cinayəti törədənlərdən biri ötən həftə Gürcüstanın təhlükəsizlik qüvvələri tərəfindən şübhəli davranışa görə həbs edilib. Ondan silah-sursat və digər ittihamedici dəllilər götürülüb.

Gürcüstanın təhlükəsizlik qüvvələri, həmçinin Türkiyədən qaçaqmalçılar vasitəsilə cinayətkarlara silah ötürməkdə məsul olan ikili Gürcüstan-İran vətəndaşlığı olan iki əməliyyatçıdan ibarət qrupu həbs edib. Onlardan birinin üzərində sui-qəsd üçün nəzərdə tutulmuş silah aşkar edilib.

İsrail təhlükəsizlik mənbəsi Moşenin daha əvvəl Qüds Gücü və İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatının hədəfində olduğunu bildirib.

“Gürcüstan təhlükəsizlik qüvvələrinin fəaliyyəti sayəsində mövcud təhlükə üzə çıxarılıb və aradan qaldırılıb.

İran bu fəaliyyətinə görə beynəlxalq arenada yüksək bədəl ödəyəcək. İrana və onun bütün dünyada vəkillərinə qarşı müxtəlif – hüquqi, iqtisadi və siyasi tədbirlər nəzərdən keçirilir””, – İsrail təhlükəsizlik rəsmisi bildirib.

O, həmçinin bildirib ki, Gürcüstanda hücum cəhdi İran və Əl-Qaidə arasında sıx və uzunmüddətli əlaqələri nümayiş etdirir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*