İranın iddiaları təkzib edildi: ABŞ qüvvələrində itki yoxdurbackend

İranın iddiaları təkzib edildi: ABŞ qüvvələrində itki yoxdur

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – United States Central Command (CENTCOM) İran mənbələrinin yaydığı məlumatları təkzib edib. Komandanlıq amerikalı qüvvələrə və obyektlərə guya ciddi zərər dəydiyi barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, CENTCOM 50 ABŞ hərbçisinin həlak olması ilə bağlı yayılan xəbərləri də rədd edib. Rəsmi açıqlamaya əsasən, ABŞ ordusunda itkilər barədə heç bir məlumat daxil olmayıb.

Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin raket zərbəsi ilə vurulması barədə iddiası da əsassız adlandırılıb. Komandanlıq vurğulayıb ki, heç bir gəmi zərər görməyib və donanma tam fəaliyyətini davam etdirir.

İran tərəfinin bir neçə ABŞ hərbi bazasına ciddi zərər dəydiyi barədə açıqlamaları da rədd edilib. CENTCOM-un məlumatına görə, qeydə alınan zərər minimal olub və obyektlərin fəaliyyətinə təsir göstərməyib.

Natiq Səlim,
KONRKET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*