İranın yeni hərbi elitası: Təyinatların tam siyahısı açıqlandıbackend

İranın yeni hərbi elitası: Təyinatların tam siyahısı açıqlandı

İran silahlı qüvvələrinin ali rəhbərliyində genişmiqyaslı və gözlənilməz kadr dəyişiklikləri həyata keçirilib.

KONKRET.az xəbər verir ki, ölkənin hərbi-siyasi sistemində baş verən bu struktur dəyişikliyi zamanı əsas vəzifələrə yeni general və rəsmilər təyin olunublar.

Açıqlanan rəsmi siyahıya əsasən, ölkənin hərbi elitasında aşağıdakı mühüm təyinatlar gerçəkləşib:

General-mayor Əli Abdullahi — Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunub.

Əmir Kiyumərs Heydəri — Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirilib.

General-mayor Əhməd Vəhidi — İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub.

General-mayor Mostafa İzadi — SEPAH komandanının müavini təyin edilib.

Hüseyn Tayeb — “Bəşid” Təşkilatının rəhbəri postunu tutub.

Kontr-admiral Əli Əzəmi — SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı təyin olunub.

Bu kadr islahatlarının regionda yaranmış gərgin vəziyyət fonunda həyata keçirilməsi diqqəti cəlb edən əsas məqamlardandır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*