İranla sazişdən sonra ABŞ Rusiya ilə bağlı bu addımı atacaq – Kreml nə gözləyir?backend

İranla sazişdən sonra ABŞ Rusiya ilə bağlı bu addımı atacaq – Kreml nə gözləyir?

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri Vaşinqton və Tehran arasında nəzərdə tutulan memorandumun imzalanmasından sonra baş tuta bilər.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan memorandumun iyunun 19-da İsveçrənin Cenevrə şəhərində imzalanması planlaşdırılır. Sənədin qüvvəyə minməsindən sonra Uitkoff və Kuşnerin Rusiya rəhbərliyi ilə görüşmək üçün Moskvaya gəlməsi gözlənilir.

Uşakov qeyd edib ki, bu məsələ iyunun 14-də Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığı zamanı da müzakirə olunub. Tərəflər həmin söhbətdə ABŞ nümayəndələrinin yaxın vaxtlarda Rusiyaya səfəri ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, İran və ABŞ iyunun 15-nə keçən gecə memorandum üzərində işin başa çatdığını təsdiqləyiblər. İran tərəfinin məlumatına görə, sənəd regiondakı bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*