İranlı futbolçu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkədəki kütləvi etirazları dəstəkləyib.
KONKRET.az xəbər verir ki, İranın “Traktor şəhəri”nin keçmiş müdafiəçisi üç Bəsic polisinin – “İslam İnqilabı Keşikçiləri”nin qətlində də şərik olmaqda ittiham olunur.
Əvvəlcə mətbuatda Əmir Azadaninin edam cəzasına məhkum edildiyi barədə məlumatlar yayılsa da, sonra İran hakimiyyəti bu məlumatı təkzib edib.
