İranlı nazir Əliyevə hansı ismarışı çatdırıb? – “26 il əvvəl…”backend

İranlı nazir Əliyevə hansı ismarışı çatdırıb? - “26 il əvvəl...”

“Bunu məndən Ermənistanın baş naziri deyil, prezidenti xahiş etdi”.

KONKRET.az  xəbər verir ki, bunu geniş müsahibəsində İranın keçmiş xarici işlər naziri strataeji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib.

O, Ermənistan prezidentinin bir xahişini yerinə yetirməli olduğunu xatırlayıb:

“İkinci Qarabağ müharibəsindən sonra İrəvanda olarkən məndən xahiş edildi ki, bir ismarışı Azərbaycan prezidentinə çatdırım. Mesaj da bu idi ki, “26 il əvvəl biz (ermənilər – red.) güclü idik, siz isə zəif. Biz Qarabağı işğal etdik, sizi təhqir etdik, alçaltdıq və sizinlə danışıqlar aparmadıq. İndi vəziyyətimiz məlumdir, siz bizim səhvimizi təkrarlamayın”.

Zərif əlavə edib: “Bunu məndən Ermənistanın baş naziri deyil, prezidenti xahiş etdi. Mən də həmin ismarışı Azərbaycan prezidentinə çatdırdım. Dedi ki: “Güclü olan vaxtı bunu düşünməli, danışıqlar aparmalıydılar”. Əslində, Əliyevin fikri məntiqli idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*