İranlı politoloq Azərbaycanın və Türkiyənin yarısının İran ərazisi olduğunu “iddia edib”.
KONKRET.az xəbər verir ki, Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan iranlı politoloq Ehsan Movahedian Azərbaycanın vaxtilə İrana məxsus olduğunu bir daha deyib. Lakin bu dəfə Türkiyənin də “ana İran imperiyasının” bir parçası olduğunu əlavə edib.
Onun sözlərinə görə, Türkiyənin yarısı Roma İmperiyasının, digər yarısı isə İran İmperiyasının tərkibində olub.
Xatırladaq ki, Movahedian Türkiyəni “İranın əsas düşməni” adlandırıb.
Onun sözlərinə görə, Türkiyə İranın şimal-qərb sərhədini ticarət və enerji dəhlizlərindən kəsməyə çalışır, həmçinin NATO-nu İranın sərhədlərinə yaxınlaşdırır.

Xuraman Etibarlı,
KONKRET.az
