İranlı siyasi şərhçidən növbəti TƏHQİR – Azərbaycanı “yaşıl ləkə” adlandırdı – FOTObackend

İranlı siyasi şərhçidən növbəti TƏHQİR - Azərbaycanı “yaşıl ləkə” adlandırdı - FOTO

İranlı siyasi şərhçi Azərbaycanı “yaşıl ləkə” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu təhqir İranın kəskin anti-Azərbaycan çıxışları və yazıları ilə tanınan Qafqaz üzrə “eksperti” Salar Seyfəddini tərəfindən edilib. O, şəxsi “Twitter” səhifəsində Azərbaycanın yaşıl, İranın isə narıncı rənglə göstərildiyi xəritəni paylaşıb.

Azərbaycana qarşı hörmətsizlik edərək onu xəritədə “yaşıl ləkə” adlandıran “siyasi şərhçi” yazıb:

“O yaşıl ləkə iddia edir ki, narıncı rənglə işarələnmiş əraziyə (İran) “min il” (999 deyil) hökmranlıq edib və hətta indi də narıncı ərazinin üçdə ikisi onun “tarixi diyarı”dır və yaşıl ləkənin bir hissəsinə çevrilməlidir”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*