“İrəvan-Bakı danışıqlarının keçmiş raundları müharibəyə gətirib çıxardı, bu dəfə nə olacaq?” – Matevosyanbackend

"İrəvan-Bakı danışıqlarının keçmiş raundları müharibəyə gətirib çıxardı, bu dəfə nə olacaq?" - Matevosyan

“İrəvan-Bakı birbaşa danışıqlarının keçmiş raundları 2020-ci il müharibəsinə gətirib çıxardı. Bu dəfə nə istəyirlər?”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan deyib ki, gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir, Bakı ilə birbaşa danışıqlara getmək lazımdır.

Xaçatryan Paşinyan hakimiyyətinin nümayəndələrinin əhəmiyyətli hissəsinin vahid nöqteyi-nəzərini ifadə edib. Lakin hakimiyyət 2020-ci il müharibəsindən əvvəl Bakı ilə birbaşa danışıqların bir çox raundlarının aparıldığını demir.

Belə ki, 2018-ci ilin yayında Paşinyanın müttəfiqi Arsen Xaratyan birbaşa danışıqlara başlamaq təklifi ilə Azərbaycan hökumətindəki mənbələrə müraciət edib.

2018-ci ilin sentyabrında Əliyevlə Paşinyan arasında Düşənbədə, 2018-ci ilin payız-qışında isə o vaxtkı rəhbərin birbaşa danışıqları olub.

Dubayda Ermənistan Milli Təhlükəsizlik Şurası azərbaycanlı həmkarı ilə görüşüb. 2019-cu ilin martında Paşinyan hətta bəyan etmişdi ki, “Azərbaycan cəmiyyətinin sülhə hazırlanması təkcə Azərbaycanın deyil, Ermənistanın da hakimiyyətinin iştirakı ilə olmalıdır”.

Bu birbaşa danışıqların nəticəsi 2020-ci il müharibəsi oldu. İndi Ermənistan və Qarabağ yenidən əvvəllər faciəyə aparan yolla getməyə məcburdurlar”, – deyə Matevosyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*