İrəvan savaşda dinc əhalini hədəfə aldı – “Veçernji list”backend

İrəvan savaşda dinc əhalini hədəfə aldı - “Veçernji list”

Xorvatiyanın “Veçernji list” qəzetindən Azərbaycanda səfərdə olmuş jurnalist Hassan Haydar Diabın Qarabağla bağlı geniş məqaləsi dərc edilib.

KONKRET.az xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsindən bəhs olunur. Qeyd edilir ki, Birinci Qarabağ müharibəsi ilə müqayisədə bu qısamüddətli müharibədə mülki şəxslər arasında itkilər az olsa da, Ermənistan Azərbaycanın Gəncə və Bərdə şəhərlərini qadağan olunmuş silahlardan atəşə tutub, dinc əhalini hədəfə alıb.

Müəllif BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə istinad edir, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq tərəfindən dəstəkləndiyini vurğulayır.

Jurnalist, həmçinin yeni azad olunmuş ərazilərə – Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına səfəri zamanı şahidi olduğu dağıntıların miqyasını, o cümlədən ermənilər tərəfindən məzarlıqların, yaşayış evlərinin və digər tikililərin məhv edildiyini oxucuların diqqətinə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*