Bu səhər İrəvanda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Partlayış Baqratuyants prospektində baş verib və sonra yanğına çevrilib. Xəsarət alanlar var”, – məlumatda qeyd olunub.
Hadisə yerinə yanğınsöndürən və xilasedici briqada göndərilib.
