İrəvanda vəziyyət getdikcə gərginləşir – Küçələrdə çadırlar qurulacaqbackend

İrəvanda vəziyyət getdikcə gərginləşir - Küçələrdə çadırlar qurulacaq

İrəvanda nümayişçilər çadırlar tikməyə, Baqramyan prospektini bağlamağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilərin bir qrupu xalqa müraciətində deyib.

“Biz burada qalacaq, maşınlarımızda gecələyəcək, lazım gələrsə, çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq”, – deyə “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarına müraciət edib.

Bundan əvvəl Qalstanyan vətəndaşları iyunun 10-da kütləvi etiraz aksiyalarına toplaşmağa çağırıb. O qeyd edib ki, itaətsizlik aksiyası dörd gün fasiləsiz davam etməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*