İrəvanda yanacaqdoldurma məntəqəsi yanıb.
KONKRET.az SputnikArmeniya -ya istinadla xəbər verir ki, bu gün İrəvanda ermənilərin qondarma ad verdikləri (Arsax) prospektdə yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib.
Əvvəlcə yanacaq daşıyan avtomobili əhatə edən yanğın daha sonra qonşu tikililərə keçib. Hadisə yerində 6 yanğınsöndürən və xilasedicilər qrupu işləyir.
Hazırda yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi tamamilə yanıb, lakin çənlərdə hələ benzin qalıb.
Xuraman Etibarlı,
KONKRET.az
