İrəvandakı “Russia Mall”un minalandığı barədə XƏBƏR YAYILDIbackend

İrəvandakı "Russia Mall"un minalandığı barədə XƏBƏR YAYILDI

İrəvandakı “Russia Mall”un minalandığı barədə xəbər yayılıb.

KONKRET.az-ın erməni mediasına istinadla məlumatına görə, Daxili İşlər və Rabitə Nazirliyinin keçmiş elektron poçtuna aşağıdakı məzmunda terror mesajı daxil olub:

“Salam İrəvan. Məlumat üçün bildirirəm ki, “Russia Mall” ticarət mərkəzi minalarla əhatə olunub. Obyektdə vakuum bombası olan 4 kürək çantası var.

Partlayışdan qaçmaq üçün xəbərlərdə bizi göstərməyi tələb edirəm və bundan sonra bombaları zərərsizləşdirmək üçün göstərişlər göndərəcəyəm.
2 saatın var, gecikmə ” .

Məlumat Milli Təhlükəsizlik Xidmətinə və Polisə ötürülüb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*