İsrailin Hayfa limanından Rumıniyaya gedən yük gəmisi Qara dənizdə 3 dron tərəfindən hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “İsrail Hayom” məlumat yayıb.
Bildirilib ki, gəmidə dəyərli yük daşıyan 421 konteyner olub, hücum nəticəsində gəmi batıb.
Bolqarıstan sahillərində batan gəminin 18 nəfərlik heyəti (14 filippinli və 4 ukraynalı) isə xilas edilib.
