backend

İrəvandan Şuşa etirafı: Xankəndiyə yol açıldı

Cəmi bir həftə öncə “Şuşaya hakim olanın bütün Qarabağa hakim olduğunu” elan edən və Şuşa uğrunda sona qədər döyüşəcəyini bildirən Ermənistan hərbi-siyasi rəhbərliyi ritorikasını dəyişib.

KONKRET.az xəbər verir ki, “dqr”in hazırda İrəvana sığınan separatçı-terrorçu liderinin müşaviri David Babayan Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edildiyini dolayısı ilə etiraf edib. Ancaq Ermənistan MN-in “təlimatına uyğun olaraq”, panikaya düşməməyə çalışıb.

“İndi XIV əsr deyil ki, bir şəhərin itirilməsi total məğlubiyyət anlamına gəlsin”, – deyə ictimaiyyətə təskinlik verməyə əbəs yerə cəhd göstərən Babayan bunun ardınca həqiqəti dilə gətirib:

“Müharibə sərtləşir, hücumlar intensivləşir. Şuşadan sonra Xankəndiyə birbaşa yol açılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*