İrəvanla Təl-Əvivin münasibətləri haqda Smbatyandan GÜLÜNC AÇIQLAMAbackend

İrəvanla Təl-Əvivin münasibətləri haqda Smbatyandan GÜLÜNC AÇIQLAMA

Azərbaycan və İsrail arasında münasibətlərin intensivləşməsi, rəsmi Bakının bu dost ölkəyə səfir təyin etməsi və  Ceyhun Bayramovun yəhudi dövlətinə səfəri erməniləri əməlli-başlı təşvişə salıb. Bu əlaqələrin inkişafından qorxuya düşən “hay”lar indi də İsrailllə münasibətləri necə inkişaf etdirməyin yolları haqda baş sındırırlar. Amma beyinsiz ermənilərin siyasi məsələlərdə uğursuz olduqlarını, eləcə də İsrail-Azərbaycan dostluğunun dərin köklərini nəzərə alsaq, o zaman rəsmi İrəvanın bu mövzuda fiaskoya uğrayacağını deyə bilərik.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan İrəvanla Təl-Əviv arasında münasibətlərin necə inkişaf etdirilməsi ilə bağlı sualları cavablandırıb. O, İrəvanın digər ölkələrlə normal münasibətlər qurmalı olduğunu diqqətə çatdırıb: “İsraillə əlaqələri öz xeyrimizə və maraqlarımıza uyğun qurmalıyıq. Bunu etmək olar. İsrail Azərbaycanla əlaqələr qurur deyə biz boş oturmamalıyıq. Nəzərə almaq lazımdır ki, bizim İsraillə tarixən çoxlu ümumi cəhətlərimiz var”, – erməni səfir gülünc doğuran fikirlər səsləndirib.

HAŞİYƏ: Aydındır ki, dünyanın ən inkişaf etmiş və güclü dövlətlərindən biri olan İsraillə Azərbaycanın münasibətləri ermənilərdə təlaş yaradıb və bu səbəbdən də yəhudi dövləti ilə əlaqələri inkişaf etdirmək haqda düşünməyə başlayıblar. Ancaq səfir Smbatyanın fikirləri gülünc olduğu qədər də absurd sayıla bilər. Birincisi, nəinki Ermənistanın, heç ermənilərin özlərinin tarixi mövcud deyil və onların toplum kimi varlıqları ancaq bir əsr edər. Odur ki, İsraillə Ermənistanın tarixi əlaqələrə malik olması haqda fikir yürütmək kənardan gülünc və məntiqsiz görünür. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan hələ indi İsraildə səfirlik açıb, lakin Ermənistanın diplomatik korpusu bu ölkədə xeyli müddətdir ki, fəaliyyət göstərir. Əgər Ermənistan İsrail üçün önəmli və lazımlı dövlət olsaydı, İrəvanla Təl-Əviv arasında münasibətlər çoxdan yüksək səviyyədə inkişaf edərdi. Düşünürəm ki, nə qədər beyinsiz olsalar da, ermənilər bu reallığı yaxşı dərk edirlər.

Keçmiş səfir daha sonra fikirlərini belə davam etdirib: “Mən İsraildə səfir olmuşam və deyə bilərəm ki, istəklərimizi nəzərə alaraq əlaqələri inkişaf etdirmək olar. Aydındır ki, bu, İranın xoşuna gəlməyə bilər, amma Tehran anlamalıdır ki, İsraildə yaşayan, bizə ehtiyacı olan ermənilər var. Biz ilk növbədə erməni kimliyini qoruyub saxlamaq istəyirik və bu haqda düşünməliyik. İsraildəki ermənilərin heç bir statusu yoxdur. Orada Ermənistanın xeyrinə fəaliyyətə başlayan və bizə  ehtiyacı olan çoxlu ermənilər var”, – Smbatyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*