İşçiləri ixtisar edən sahibkarlara qarşı ciddi tədbirlər görüləcək – XƏBƏRDARLIQbackend

İşçiləri ixtisar edən sahibkarlara qarşı ciddi tədbirlər görüləcək - XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*