Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz. Ona görə də limitlər ləğv olunmaldır. Amma ümid edirəm ki, limitlərin ləğv olunması ilə paralel qiymət artımı həyata keçirilməz.
KONKRET.az axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, limit ləğvi və sabit tarifə keçid zamanı qiymətlərin 20% civarında artma ehtimalı var:
“Hesab edirəm ki, qiymət artımı olarsa, bu, biznesə də mənfi təsir göstərəcək və ümumilikdə ölkədə inflyasiyaya təkan verəcək. Ona görə də ümid edirəm ki, bahalaşma olmayacaq”, – ekspert bildirib.
Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub.
Onsuz da ölkənin əhalisi 70-75%-in maa-şı 350-400az-dir. Royonlarda isə lap azdır. Komminalla bir yerdə 70 manatımız çıxır. Ərzaq lap baha. Paltar pulu da qalmır. Bibim oxumayıb və heç hara çıxmayıb. Atam isə 400 manat alır. Mən isə qızam. Şagirdəm. Bizim az təminatlı ailə kimi çox var. Rəsmi işləyənlərə dövlət sosial verir. Bu dövlətdə hər şey tərsinədir. Yaxşı maaş alana daha da yardım edilir. Kasıba isə heç nə. İşsizlikdən də fərri iş vermirlər. Hammalçıləqla bağlı iş verirlər. Ya da heç maraqlanmırlar. Kasıb ailəyə də yardım gəlmir. Biz kasıbıq. Amma heç də heç yerdən dəstək gəlmir. Dövlət rəsmi işlər isə çoxusu ali məktəb qurtaranlar üçün. Ali məktəb oxumaq da imkanı olmayanlar var. Ya da vakansiya çatmır oxuduğun ixtisas üzrə.
XALQA VERİLMƏLİ OLAN NEFT VƏ QAZ GƏLİRLƏRİNİ NƏ VAXT MİLLİ MƏCLİS MÜZAKİRƏLƏRƏ BAŞLAYACAQ???