“İskəndər”in Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil” – RƏSMİbackend

"İskəndər"in Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil" - RƏSMİ

“İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı bizə məlum deyil”.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur:

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*