İspaniyada 2 rusiyalı iş adamının meyiti tapıldıbackend

İspaniyada 2 rusiyalı iş adamının meyiti tapıldı

İspaniyanın Denia bələdiyyəsində iki rus iş adamının meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Información” nəşri yayıb.

Məlumata görə, ölümə səbəb qaz sızması göstərilir.

Ölənlərin 62 yaşlı iş adamları olduğu bildirilir. Onlar fərqli otaqlarda yatıblar və oyanmadan dəm qazından zəhərləniblər.

Qəza Rusiyadan gələn immiqrantlardan birinə məxsus evdə qazın sızması səbəbiylə meydana gəlib.

Məhkəmə eksperti zorakı ölüm əlamətlərinin olmadığını təsdiqləyib. Müstəntiqlər evin qarət edilmə əlamətlərinə də rast gəlməyiblər. Ölənlərin adları açıqlanmır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*