İsrail Fransanın təklifini rədd etdibackend

İsrail Fransanın təklifini rədd etdi

İsrailin müdafiə naziri Yoav Qalant Fransanın Livan-İsrail sərhədində gərginliyi azaltmaq üçün ABŞ-la üçtərəfli danışıqlara dair təklifini rədd edib.

KONKRET.az-ın məlumatına görə, Qalant vurğulayıb ki, İsrail bu formatda danışıqlarda iştirak etməyəcək.

“Biz xalqımızın müdafiəsi üçün ədalətli müharibə apararkən, Fransa İsrailə qarşı düşmənçilik siyasəti yeridir. Bununla yanaşı, Fransa HƏMAS-ın israilli uşaqlara, qadınlara və kişilərə qarşı törətdiyi vəhşiliklərə məhəl qoymur”, – o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*