İsrail Hərbi Hava Qüvvələri Suriyadakı pilotsuz uçuş idarəetmə mərkəzini məhv etdi – İran tərəfdarı silahlılar öldürüldübackend

İsrail Hərbi Hava Qüvvələri Suriyadakı pilotsuz uçuş idarəetmə mərkəzini məhv etdi - İran tərəfdarı silahlılar öldürüldü

İsrail Hərbi Hava Qüvvələri Suriyadakı pilotsuz uçuş idarəetmə mərkəzini məhv edib, İran tərəfdarı silahlılar öldürülüb.

KONKRET.az xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məsələni araşdırıb. İsrailin Homs bölgəsindəki T-4 hərbi aerodromuna endirdiyi hava hücumunda Suriyalı olmayan iki İranpərəst döyüşçünün öldürülməsinə aydınlıq gətirib.

Hesabatda bildirilir ki, bu hava zərbəsi nəticəsində ölənlərin sayının artacağı ehtimal olunur, çünki yaralıların bəziləri ağır vəziyyətdədir.

Bundan əlavə, hava zərbəsi nəticəsində İran yönümlü silahlıların pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim keçdiyi bazaya əhəmiyyətli ziyan vurulduğu qeyd edilir. Pilotsuz uçuş aparatlarının platformaları dağıdılıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*