İsrail: “İrana hücum haqqına sahibik”backend

İsrail: "İrana hücum haqqına sahibik"

Dünya İranı dayandırmalı, öz nüvə proqramını inkişaf etdirməyə imkan verməməlidir.

KONKRET.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Yair Lapid Amerikanın xarici işlər naziri və BƏƏ (İmarat) xarici işlər naziri ilə Vaşinqtonda keçirdiyi görüşdə deyib. “İsrail istənilən an və istənilən vasitə ilə hərəkətə keçmək haqqını özündə saxlayır. Bu, təkcə haqqımız deyil, həm də məsuliyyətimizdir. İran açıq şəkildə bizi məhv edəcəyini bəyan edir. Biz buna yol vermək niyyətində deyilik”, – deyə o bildirib.

Onun sözlərinə görə, iranlılar uranın zənginləşdirilməsi və atom proqramının inkişaf etdirilməsi üçün danışıqlarla vaxt qazanmaq istəyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*