İsrail İsveçə xəbərdarlıq etdi: “Tövratın yandırılması münasibətlərə xələl gətirə bilər”backend

İsrail İsveçə xəbərdarlıq etdi: "Tövratın yandırılması münasibətlərə xələl gətirə bilər"

“Müqəddəs kitabların yandırılması İsveçlə münasibətlərə xələl gətirə bilər”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen İsveçin xarici işlər naziri Tobias Billström ilə söhbəti zamanı deyib.

O qarşı tərəfi ölkəsinin bu cür təhdidləri ciddi qəbul etdiyinə inandırıb.

Koen həmkarını bu cür planlara qarşı xəbərdar edib.

Xatırladaq ki, iyulun 27-də İsveç hakimiyyəti yəhudiliyin əsas müqəddəs kitabı olan Tövratın yandırılması üçün ölkə paytaxtında mitinqə icazə verib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*