İsrail kəşfiyyatından Türkiyə iddiasıbackend

İsrail kəşfiyyatından Türkiyə iddiası

Türkiyə ilə İsrail arasında cəmi iki il əvvəl normallaşan münasibətlər Qəzzadakı müharibənin kölgəsində yenidən pisləşib. Bu arada isə Təl-Əviv Türkiyə ilə bağlı diqqətçəkən bir iddia ortaya atıb.

KONKRET.az xəbər verir ki, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet HƏMAS-ın Türkiyə üzərindən keçirməyi planlaşdırdığı terror aktının qarşısını aldığını bildirib.

İsrail mətbuatında yer alan xəbərə görə, İsrail qüvvələri Türkiyədə HƏMAS üzvlərinin göstərişi ilə intiharçı hücumunda istifadə edilmək üçün bomba ələ keçirib. İordaniyada yaşayan bir fələstinli də Nablusda hücum təşkil etmək ittihamı ilə saxlanılıb.

İddialara görə, fələstinli şübhəli ifadəsində hücum əmrini Türkiyədə yaşayan Həmas rəsmisindən aldığını bildirib.

Şin Bet öz bəyanatında qeyd edib ki, istintaq İsraildə terror aktlarının planlaşdırılmasında Türkiyədəki Həmas şəbəkəsinin rolunu üzə çıxarıb.

Türkiyənin HƏMAS-a dəstəyinə diqqət çəkən “Times of Israel” qəzeti xatırladıb ki, prezident Ərdoğan aprel ayında Həmas lideri İsmayıl Haniyəni qəbul edib.

Həmin vaxt HƏMAS-ın siyasi mərkəzini Qətərdən Türkiyəyə köçürəcəyi ilə bağlı iddialar da gündəmdə olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*