İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına hava zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qırıcılar Qəzza zolağında HƏMAS-ın silah istehsalı müəssisəsini vurub.
Bundan əvvəl “France-Presse” agentliyi məlumat yayıb ki, zərbələr İsrail ərazisinə raket atmaq cəhdlərinə cavab olaraq regionun mərkəzi hissəsinə endirilib.
Qeyd edək ki, çərşənbə günü Qəzza zolağından İsrailə raket atılıb.
İqbal Rzayev,
KONKRET.az
