Dünən Türkiyənin İstanbul şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
Bütün şəhər ərazisində hiss edilən zəlzələ əhali arasında təşvişə səbəb olub.
İstanbul əhalisi küçələrə axışıb.
Türkiyədə yaşayan azərbaycanlılar da sosial şəbəkələrdə zəlzələnin gücündən yazıblar.
KONKRET.AZ -ın xəbərinə görə, Azərbaycanın Türiyədəki səfirliyindən Modern.az-a bildirilib ki, İstanbulda yaşayan azərbaycanlılar səfirliyin nəzarəti altındadır:
“Bu saata qədər Azərbaycan səfirliyinə vətəndaşlarımızla bağlı hər hansı məlumat daxil olmayıb.
Eyni zamanda, mütəmadi olaraq İstanbuldakı Baş konsulumuzla əlaqə saxlayırıq.
İstanbuldakı Baş konsulumuz vətəndaşlarımıza nəzarət edir”.
“Hazırda hamısı olmasa da, əksər məktəblər normal fəaliyyət göstərir”,-deyə səfirlikdən verilən məlumatda qeyd edilib.
Qeyd edək ki, dünənki zəlzələdən sonra şəhərdəki bir çox məktəblərdə dərslər təxirə salınıb.
Xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb.
Zəlzələ nəticəsində Ovçular məhəlləsindəki məscidlərdən birinin minarəsi dağılıb.
Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık əhaliyə müraciət edərək, çatlayan binalara daxil olmamağa çağırıb
