İstanbulda iki gəmi toqquşdu – VİDEObackend

İstanbulda iki gəmi toqquşdu - VİDEO

İstanbulun Ahırkapı ərazisində iki gəmi toqquşub.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində ölən və yaralanan olmayıb.

Bildirilir ki, Marşal Adaları bayrağı altında üzən türk şirkətinə məxsus “SSI PROVIDENCE” adlı gəmi ilə Liberiya bayraqlı “PHILIPP OLDENDORFF” yük gəmisi toqquşub.

Belə ki, türk firmasına aid gəmidə qida ehtiyatı azalıb və təchizat üçün bir qayıq gəmiyə yaxınlaşıb.

Bu zaman Liberiya bayraqlı gəmi qəfildən digər gəmiyə tərəf yan alıb.

Qayıqdakı işçilər iki gəmi arasında qalmaqdan son anda xilas olublar.

Qanunvericiliyə uyğun olaraq hər iki gəmidə zərərin qiymətləndirilməsi işləri aparılıb. Gəmilərin su almadığı, mexanizmlərində heç bir nasazlığın olmadığı müəyyən edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*