İstanbuldakı təyyarə qəzasında yaralıların sayı bəlli olub.
KONKRET.az NTV-yə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, qəza nəticəsində 52 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
===============================================================================================
İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb.
KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib.
“Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına enərkən eniş zolağından çıxıb.
Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.
İnsan tələfatı barədə məlumat verilmir.

